5500-ə yaxın vətəndaşa narkotik ittihamı irəli sürülüb

Daxili işlər orqanları əməkdaşları tərəfindən 2022-ci ilin 8 ayında narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqəli 7344 fakt aşkarlanıb. Bu barədə Gununsesi.info-ya DİN-nin şöbə rəisi Elşad Hacıyev bildirib. Onun sözlərinə görə, bu faktlar üzrə 5309 nəfər cinayət məsuliyyətinə cəlb edilib:

” Onlardan 160 nəfəri qadındır. Tədbirlərlə 215 nəfərdən ibarət 81 cinayətkar qrup zərərsizləşdirilərək qeyri-leqal dövriyyədən 2 ton 856 kq narkotik vasitə və 291 kq psixotrop maddə çıxarılıb”.

Gununsesi.info