Rusiya Ukrayna danışıqları başa çatdı

  • By admin
  • 07 Mart 2022 22:16

Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqların üçüncü raundu başa çatıb.

Gununsesi.info xəbər verir ki, hələlik nəticələr haqqında ətraflı məlumat yoxdur. Rusiya və Ukrayna bundan sonra qapalı rejimdə ünsiyyət saxlamaq haqqında razılaşıblar.

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolıyak bildirib ki, üçüncü raund görüşdə aqressiyanın dayandırılması, humanitar dəhlizin açılması müzakirə olunub.
İntensiv məsləhətləşmələrin aparılması qərara alınıb: “Danışıqların üçüncü raundu başa çatıb. Humanitar dəhlizlərin maddi-texniki təminatının yaxşılaşdırılmasında kiçik müsbət irəliləyişlər var… Atəşkəs və təhlükəsizlik təminatları ilə birlikdə nizamlanmanın əsas siyasi bloku üzrə intensiv məsləhətləşmələr davam etdirilib”.

Rusiya tərəfi isə bildirib ki, danışıqlar yaxın zamanlarda davam edəcək.

Gununsesi.info