“Hazırda 56 208 nəfər təhsil tələbə krediti almaq hüququna malikdir”.
Gununsesi.info xəbər verir ki, bu barədə Təhsil Tələbə Krediti Fondunun rəhbəri Araz Paşayev məlumat verib.
O qeyd edib ki, ümumilikdə ali məktəbdə semestr üzrə ortalama göstəricisi 71 baldan yuxarı olan tələbənin təhsil tələbə kreditindən istifadə hüququ var:
“Təhsil tələbə krediti manatla verilir. Sosial tələbə kreditindən ünvanlı dövlət sosial yardımı alan ailə üzvlərinin, 3-cü dərəcə əlilliyi olanlar, hər iki və ya tək valideyni 1-ci və 2-ci dərəcə əlilliyi olanlar, işsiz kimi qeydiyyatda olanlar, yaşa görə əmək pensiyası alanlar, yaşa görə sosial müavinət alanlar istifadə edə bilirlər”.
Gununsesi.info