56 yaşlı kişinin qanı axıdıldı - ŞİRVANDA

  • By admin
  • 31 Avqust 2017 08:00

intihar bicaq

Şirvan sakini bıçaqlanıb.

Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə, şəhər sakini 1961-cı il təvəllüdlü Zeynalov Nizami Yusif oğlu çoxsaylı bıçaq yaraları ilə Şirvan Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

N.Zeynalovun kim tərəfindən və hansı şəraitdə bıçaqlandığı hələ ki, məlum deyil. Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Gununsesi.info