565 min lalədən hörülən xalça

  • By admin
  • 16 Aprel 2018 18:05

İstanbulda  13-cü Lalə festivalı iştirakçılar tərəfindən çox maraqla qarşılanır. Festival şərçivəsində İstanbulda Sultanəhməd  meydanında 565 min lalədən 1734 kvadratmetrlik bir  xalça hazırlanıb.

Gununsesi.info “Anadolu”ya istinadən xəbər verir ki, İstambul valisi Vasip Şahinin sözlərinə görə, bu il İstanbulun fəthindən 565 il keçir məhz xalçanın hazırlanmasında da simvolik olaraq 565 min Lalədən istifadə olunub.

Vali onu da əlavə edib ki,  bu il  İstanbulda  125 növ 30 milyon Lalə əkilib.

Festival aprelin 30-dək davam edəcək.

Gununsesi.info