Şamaxı rayonunda intihar hadisəsi baş verib.
Gununsesi.info-nun APA-nın yerli bürosuna istinadən xəbərinə görə, Mədrəsə qəsəbəsinin sakini, 1959-cu il təvəllüdlü Hüseynov Həsrət Babasəlim oğlu yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü kəndirlə asıb.
Onun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Gununsesi.info