57 yaşlı Monika Belluççi kamera qarşısına keçdi - FOTOLAR

  • By admin
  • 01 İyul 2022 11:58

Monika Belluççi “Harper’s Bazaar Vyetnam” jurnalının yeni buraxılışının əsas siması olub.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, 57 yaşlı aktrisa nəşr üçün fotosessiyaya çəkilib və nömrənin üz qabığını bəzəyib. Çəkilişlərdə italyan aktrisa “Alaia”, “Rabih Kayrouz”, “Sportmax”, “Ashi” kimi brendlərin geyimlərində müxtəlif obrazlar nümayiş etdirib.

Fotosessiya Belluççinin əfsanəvi opera müğənnisi Mariya Kallası canlandırdığı “Mariya Kallas: Məktublar və xatirələr” tamaşasının davam edən tanıtım kampaniyasına təsadüf edib. Hazırda aktrisa bu tamaşa ilə dünyanı gəzir. Belluççinin başqa layihələri də var: tezliklə onun 20-ci əsrin başqa bir divası – Federiko Fellininin “La Dolce Vita” filminin ulduzu aktrisa Anita Ekberqi canlandırdığı filmi çıxacaq.

Aktiv yaradıcılıq fəaliyyəti ilə əlaqədar Monika müntəzəm olaraq fotosessiyalarda görünür. Amma indi, demək olar ki, ondan daha çox böyük qızı Deva fotosessiyalarla məşğuldur, həm də onun modellik karyerasını ciddi şəkildə davam etdirir.

Gununsesi.info