571 nəfərin diplomu tanınmadı - nazirlikdən açıqlama gəldi

  • By admin
  • 06 İyul 2016 11:43

 

 

tahsil

 

Təhsil sənədlərinin tanınması üzrə 2015-ci ildə Təhsil Nazirliyinə 4714 müraciət daxil olub.

Gununsesi.infoTəhsil Nazirliyinə istinadən xəbər verir ki,  adıçəkilən nazirliyin 2015-ci il üzrə illik hesabatında  göstərilir ki, 1224 ali təhsil haqqında sənədin ölkə ərazisində tanınması, 571 şəxsin ali təhsil haqqında sənədlərinin tanınmaması barədə qərar qəbul olunub. 2919 müraciət baxılma mərhələsindədir. Qeyd olunur ki, hesabat dövrü ərzində 25 təhsil müəssisəsinin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilib ki, onlardan 16-sı məktəbəqədər, 3-ü ümumi, 2-si əlavə, 4-ü ali təhsil müəssisəsidir.

Ötən il nazirlik tərəfindən 9 ümumtəhsil məktəbi tikilib istifadəyə verilib, 1 ümumtəhsil, 1 internat, 2 orta ixtisas, 1 ali təhsili müəssisəsi əsaslı təmir edilib. Hazırda 23 təhsil müəssisəsində əsaslı tikinti və təmir işləri davam etməkdədir. 72 təhsil müəssisəsində cari təmir işləri, 1 təhsil müəssisəsində abadlaşdırma işləri və 112 təhsil müəssisəsində kommunikasiya işləri başa çatdırılıb, 12 təhsil müəssisəsi qazlaşdırılıb. Təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının təkmilləşdirilməsi istiqamətində 50 məktəbdə müasir laboratoriya yaradılıb və tam təchiz edilib.

Gununsesi.info