58 yaşlı aktrisa və müğənni Hülya Avşar yenidən geyimi ilə gündəm yaradıb.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, ulduz 3 illik fasilədən sonra dünən restoranların birində səhnəyə çıxıb.
Rusiya, ərəb və azərbaycanlı qonaqların olduğu gecədə müğənni şərəfinə 200 şampan göndərildiyini eşidəndə təşəkkür edərək belə ərköyün davranışa hazır olmadığını bildirib: “İlk dəfədir ki, öz səhnəmdə şampan qəbul edirəm, hamınız çox sağ olun”.
Konsert üçün Melih Yazqan imzalı libas seçən Hülya dekoltesi ilə diqqətləri öz üzərinə toplayıb.
Gununsesi.info