59 cinayətin üstü açıldı - DİN

  • By admin
  • 05 Avqust 2022 11:04

Axtarışda olan 46, o cümlədən borclu qismində axtarılan 38 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

DIN-dən verilən məlumatda o da bildirilir ki, avqustun 4-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 59-nun, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 25-nin üstünün açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin edilib.

Məlumatda həmçinin bildirilir ki, son sutkada respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 1 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 28 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.

Gununsesi.info