6 ayda 293 nəfər İİV-ə yoluxub

Bu ilin 6 ayı ərzində Azərbaycanda 293 nəfər insan immunçatışmazlığı virusuna (İİV) yoluxub.

Gununsesi.info xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun bu ilin 6 ayı ilə bağlı hesabatında qeyd olunub.

HTML tutorial

Bildirilib ki, ümumilikdə 1988-ci ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV diaqnozu təsdiq olunmuş 8989 nəfər qeydiyyata götürülüb. Onlardan 8687-si Azərbaycan vətəndaşı, 302-i əcnəbidir. İİV-ə yoluxanların 6434-ü kişi, 2555-i qadındır. Onlardan 3418-i İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş vermişdir. Həmin kateqoriyadan olan şəxslərin 2714 nəfəri hazırda dispanser qeydiyyatındadır.

Hesabata əsasən, 2021-ci ilin 6 ayı ərzində antiretrovirus terapiyasına (ART) cəlb olunan 339 pasiyentdən 31 nəfəri inyeksion narkotik istifadəçisi olub. 2021-ci ilin 31 iyun tarixinə isə ART-yə cəlb olunmuş İİV-li xəstələrin ümumi sayı 6755 nəfər təşkil edib ki, onların da 2301 nəfəri inyeksion narkotik istifadəçisidir.