6 həyətdən oğurluq etmiş şəxs həbs olundu

  • By admin
  • 29 Sentyabr 2017 11:54

hebs_58
Altı həyətyanı sahədən təmir-tikinti alətləri, məişət əşyaları və velosiped oğurlamaqda, habelə bir evdən oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakini tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin mart ayından iyun ayınadək olan müddətdə şəhər ərazsisindəki 6 həyətyanı sahədən təmir-tikinti alətləri, məişət əşyaları və velosiped oğurlamaqda, habelə 1 evdən oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakini Ruslan İsmayılov tutulub.

Anar
Gununsesi.info