DİN Mətbuat Xidmətindən Gununsesi.org-a verilən məlumata görə, Astara şəhəri Həzi Aslanov küçəsində saxlanılan N.Muradovun əlindəki sellafon torbadan 6 ədəd bağlamada ümumi çəkisi 5 kiloqram 930 qram narkotik vasitə tiryək aşkarlanaraq götürülüb. N. Muradov narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı Səyavuş adlı şəxsdən əldə etdiyini bildirib.
Faktla bağlı Astara RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırma aparılır.