Türkiyə hüquq-mühafizə orqanları İŞİD terrorçu təşkilatı ilə əlaqəli olan 5803 nəfər saxlayıb, 815 terrorçunu isə həbs edib.
Gununsesi.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə daxili işlər naziri Afkan Ala deyib.
Onun sözlərinə görə, Suriya konfliktinin başladığı müddətdən bəri İŞİD terrorçuları ilə əlaqəli olan 5803 nəfər şübhəli qismində saxlanılıb ki, onların da 2200 nəfəri xarici ölkə vətəndaşıdır. “Bu müddət ərzində 815 nəfər həbs edilib ki, onların da əksəriyyəti xarici ölkə vətəndaşıdır. Terrorizmə qarşı mübarizə çərçivəsində isə ölkəyə 52075 nəfərin girişinə qadağa qoyulub”- deyə, nazir vurğulayıb.
Gununsesi.info