6 nəfərdən ibarət cinayətkar dəstə zərərsizləşdirildi – Gəncədə

  • By admin
  • 11 İyul 2016 20:23

cinayet

Gəncə şəhər Baş Polis İdarəsi və Kəpəz rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhərində və ətraf rayonlarda fərdi yaşayış evlərində çoxlu sayda oğurluq hadisəsi törətmiş 6 nəfərdən ibarət mütəşəkkil dəstə müəyyən edilərək zərərsizləşdirilib.

Gununsesi.info-nun APA-ya istinadən verdiyi xəbərə görə, bunlar Gəncə şəhər sakinləri Şahmar Süleymanov, Xaləddin İsmayılov, Asim Məmmədov, Hünər Rüstəmov, Bəxtiyar Hacızadə və Elvin Abbasovdur.

Onların ətrafında keçirilən əməliyyat tədbirləri zamanı oğurlanmış maddi sübutlar – 5 ədəd iri ölçülü plazma televizor, kombi istilik cihazları və xeyli sayda digər məişət əşyaları götürülüb.

Həmin şəxslərin digər cinayətlərdə iştirakı yoxlanılır.

Faktla bağlı cinayət işi açılıb, istintaq gedir.

Gununsesi.info