6 ölkə BMT-də səsvermə hüququndan məhrum edildi

  • By admin
  • 24 Fevral 2017 15:14

bmt

Üzvlük haqqını ödəmədiyi üçün 6 ölkə BMT Baş Assambleyasında səsvermə hüququndan məhrum edilib.

Gununsesi.info xəbər verir ki, quruma ən çox borcu olan ölkə Venesueladır. 24 milyon dollarlıq borcu ödəməsə, ölkənin səsvermədə iştirakı bərpa olunmayacaq.

Digər 5 ölkə səsvermə hüququndan 2017-ci ilin oktyabrına – BMT Baş Assambleyasının 71-ci sessiyasına qədər məhrum edilib. Bunlar Sudan, Liviya, Kabo Verde, Papua-Yeni Qvineya və Vanuatudur.

BMT baş katibi Antoniu Quterriş bildirib ki, bu ölkələr borclarını iki il ərzində qaytarmaq öhdəliyi götürsələr, səsvermə hüquqları bərpa olunacaq.

Üzvlük haqqı hər bir ölkə üçün fərqlidir.

Gununsesi.info