6 ölkə vətəndaşı Nitse terraktının qurbanı oldu

  • By admin
  • 15 İyul 2016 17:18

terror

 

Fransanın Nitse şəhərində 6 ölkənin vətəndaşı terrorun qurbanı olub. Gununsesi.info “Le Figaro”ya istinadən xəbər verir ki, Nitsedəki terror hadisəsi zamanı 6 ölkənin vətəndaşı ölüb. Fransa Xarici işlər nazirlyinin yayadığı məlumatda 1 Rusiya, 2 ABŞ, 3 Almaniya,2 Ukrayna , 1 İsveçrə və 1 Ermənistan vətəndaşının öldüyü qeyd olunur. Bununla belə Beləçika Xarici işlər nazirliyi 20 vətəndaşının yerinin bəlli olmadığı barədə məlumat yayıb. Almaniya isə Nitsedə yay tətilini keçriən 28 məktəblidən xəbər olmadığı barədə narahatlığını ifadə edib. Hansı ki, həmən məktəbli uşaqlar arasında olan bir müəllim, iki alman şagird terrorun qurbanı olublar.

 

Gununsesi.info