6 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib - 1 nəfər işdən çıxarılıb

Bu il Bakı Şəhəri üzrə prokurluq orqanlarının 6 nəfər əməkdaşı intizam məsuliyyətinə cəlb edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Bakı şəhər prokurorluğunun 2023-cü ilin I yarımilinə həsr olunmuş əməliyyat müşavirəsində bildirilib.

Qeyd olunub ki, onlardan 1 nəfərə töhmət, 3 nəfərə şiddətli töhmət verilib.

Bundan əlavə, 1 nəfərə irad tutulub, 1 nəfər isə tutduğu vəzifədən azad edilib.