
İnsanlar bəzən özləri də bilmədən sağlamlıqlarına ziyan vurular. xüsusilə də aşıb-daşan nahar süfrələrində qalaq-qaıaq yemək-içməyin hamısının dadına baxdıqdan sonra.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, yeməkdən sonra 6 qızıl qaydanı qətiyyən pozmaq olmaz.
Duş almaq
Yeməkdən sonar duş qəbul etmək heç də yaxşı fikir deyil. Yuyunarkən əl, ayaq və bədəndəki qan axışı sürətləndiyi üçün mədə ətrafında qan dövranı yavaşlayır. Bu hal həzm prossesinin pozulmasına səbəb olur.
Gəzmək və yuxulamaq
Bir çox insan yeməkdən sonra gəzməyin faydalı olduğunu düşünür. Ancaq mütəxəssislər yeməkdən ancaq bir saat sonra yürüşə çıxmalı olduğumuzu deyir. Yeməkdən dərhal sonra gəzintiyə çıxdığımız halda yediyimiz qidalar, minerallar əmilmir. Yeməkdən dərhal sonra yatmaq isə həzm problemlərinə və qastritə səbəb olur.
Çay və qəhvə içmək
Hərkəsin etdiyi səhvlərdən biri də yeməkdən sonra çay və ya qəhvə içməkdir. Mütəxəssislərin fikrincə, yeməkdən 2-3 saat sonra çay və qəhvə içmək olar. Əks halda, içilən qəhvə və çay bədənin dəmir almasına mane olur və hemoqlobin artımını dayandırır. Yeməkdən dərhal sonra çay və qəhvə içmək qanazlığının ən böyük səbəblərindən biridir.
Meyve Yemək
Yeməkdən sonra meyvə yemək də zərərlidir. Yeməyin ardınca yeyilən meyvə mədənin hava ilə dolmasına və köp yaradaraq narahatlığa səbəb olur.
Siqret çəkmək
Yeməkdən sonra çəkilən bir ədəd siqaret, 10 siqaretə əvəzdir. Xərçəngin dostunu çəkmək üçün yeməkdən sonra 1 saat gözləmyiniz məsləhətdir.
Su içmək
Yeməkdən dərhal sonra içilən su mədədə təzyiqin artmasına, mədədəki qidaların əmilmədən bağırsaqlara keçməsinə səbəb olur. Bundan başqa mədə şirəsini duruldaraq orqanın gücsüzləşməsinəgətirib çıxarır.
Gülnaz Qənbərli
Gununsesi.info