6 şahmatçımız Avropa çempionatına qələbə ilə başladı

Avqustun 9-da Rumıniyanın Yassa şəhərində şahmat üzrə qadınlar arasında Avropa çempionatının birinci turunun oyunları keçirilib.

Gununsesi.info xəbər verir ki, 29 ölkədən 117 şahmatçının iştirak etdiyi qitə birinciliyində ölkəmizi 10 şahmatçı təmsil edir.

HTML tutorial

Birinci turda şahmatçılarımız Günay Məmmədzadə Mariya Qevorgyan (Ermənistan), Gülnar Məmmədova Stella Sankova (Slovakiya), Xanım Balacayeva komanda yoldaşı Ayan Allahverdiyeva, Gövhər Beydullayeva Petronella Parasçiv (Rumıniya), Zeynəb Məmmədyarova Diana Mirza (İtaliya), Ülviyyə Fətəliyeva Stefani Matasaru (Rumıniya) üzərində qələbə qazanıblar.

Türkan Məmmədyarova Ronit Levitan (İsrail), Xəyalə Abdulla Aureliana Pancu (Rumıniya) ilə heç-heçə ediblər. Nəsrin Babayeva isə Rumıniyanın digər şahmatçısı Miruna Lehaçiyə uduzub.

Qitə birinciliyi avqustun 21-dək davam edəcək. Yarışın ümumi mükafat fondu 60 min avro təşkil edir.