Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı-Sumqayıt yolunda 6 tələbənin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Namiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Gununsesi.info-nun xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə
DYP əməkdaşı Əkbər Quliyev ifadə verib. DYP əməkdaşı deyib ki, hadisə olmazdan əvvəl yolda təhlükəsizlik tədbirləri görülüb: “Yolun kənarında nasaz vəziyyətdə dayanan yük avtomobilinin arxasında xidməti maşınla dayanmışdım. Burada arxadan gələn avtomobillərin təhlükəsizliyini təmin edirdim”.
Gununsesi.info