6 yaşı tamam olmayan uşaqlar da məktəbə gedə biləcək

  • By admin
  • 06 İyul 2018 13:24

6 yaşlı uşaqlar I sinfə müsabiqəsiz qəbul olunacaq

 “Təhsil haqqında” qanunda əhəmiyyətli dəyişikliklər olunub. Ümumilikdə “Təhsil haqqında” qanunun 21 maddəsinə 60-dan artıq dəyişiklik edilib. 2 yeni maddə əlavə edilib”.

Gununsesi.info Lent.az-a istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyində keçirilən tədbirdə nazirliyin aparat rəhbərinin müavini Fərzəli Qədirov deyib.

 Onun sözlərinə görə, hər ilin sonunadək 6 yaşı tamam olanlar da valideynlərinin müraciəti əsasında məktəbə gedə biləcək: “Biz ötən il 6 yaşı tamam olmayan uşaqları yoxlamışıq və görmüşük ki, onlar digər uşaqlar kimi cavab verə bilirlər”.