Türkiyənin Giresun əyalətində dəhşətli ölüm hadisəsi baş verib.
Gununsesi.info “Milliyet”ə istinadən xəbər verir ki, işdən evə gələn ana 6 yaşlı qızını ağzı bağlı paltaryuyan maşının içində ölü vəziyyətdə tapıb.
Sonuncu dəfə uşağın atası İgid 6 yaşlı qızı evdə qoyub işə gedib. Az sonra işdən evə qayıdan ana Sevcan uşağın cəsədini tapıb.
İlkin ehtimala görə uşağın nəfəssiz qalaraq boğulduğu qeyd olunur.
Meyid ekspertizaya göndərilib.
Faktla bağlı cinayət işi açılıb.
Gununsesi.info