6 yaşlı Zeynəbin həlak olan polkovnik atasına ad günü təbriki - ANASI İSƏ PREZİDENTƏ MÜRACİƏT ETDİ -VİDEO

  • By admin
  • 19 İyul 2017 15:46

596f484e1a3b8_20197227_1986867768199648_906156823_n

Xəbər verdiyimiz kimi, 2016-ci ilin oktyabr ayının 27-də saat 16:00 radələrində Azərbayca Silahlı Qüvvələri öz polkovnik-leytenantını faciəvi şəkildə itirdi. Belə ki, Cəlilabad rayon Günəşli kəndindən olan polkovnik-leytenant Miriyev Telman Mirbaba oğlu hərbi poliqonlardan birində praktiki məşqlər zamanı təhlükəsizlik qaydalarının pozulması nəticəsində həlak olub. 

Gununsesi.info-nun unikal.org-a istinadən verdiyi məlumata görə, faciəli şəkildə həlak olan polkovnik-leytenantımızın bu gün doğum günüdür. O, 1981-ci ildə iyul ayının 19-da Cəlilabad rayon Günəşli kəndində anadan olub. Telman sözügedən kənd orta məktəbini bitirdikdən sonra C.Naxçıvanski adına məktəbdə, daha sonra isə Hərbi Akademiyada oxuyub. Telman zabit kimi ilk olaraq Gəncə şəhərində N saylı hərbi hissədə işə başlayıb. Sonra Amerikada kurs keçib. Ölümünə kimi isə Telman Ağdam, Bərdə və Bakıda zabit kimi işləyib və 2016-ci ildə Aprel döyüşlərində fəal iştirak edən zabitlərimizdən biri olub. Mərhum zabitimiz 25 iyun 2014-cü ildə mayor rütbəsində Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə, hərbi təhsil sahəsində xidmətlərinə görə “Vətən uğrunda” medalı ilə təltif edilib.

2017-07-19-15-43-5820187982_1986867894866302_3992929_n

Bu gün mərhum zabitimizin yaxınları və xüsusən 6 yaşlı qızı Zeynəb ilk dəfə olaraq atasının ad gününü onsuz qeyd edir. Zeynəb hər gün atasının şəkilləri ilə yatır və onu xatırlayır. Hazırda 6 yaşlı qızcığazın ən böyük arzusu atasına Milli Qəhraman adının verilməsidir.

Amma təəssüflər olsun ki, Telman Miriyev bu gün nəinki Milli Qəhraman, heç şəhidlik statusuda verilməyib. Mərhum zabitimizin anası Xanımgül Miriyeva unikal.org vasitəsi ilə Prezident İlham Əliyev, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva, Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənova müraciət edib.

2017-07-19-15-44-5020197011_1986867718199653_1728233852_n

Xanımgül Mirzəyeva ilk olaraq oğlunun yas mərasimində iştirak edən zabit yoldaşlarından söz açıb. O deyib ki, Telman Miriyevin zabit yoldaşları onun Aprel döyüşlərindəki fədakarlığı və son hadisə zamanı faciəli şəkildə ölümündən ağız dolusu danışdılar: “Hammı bir sözlə dedi ki, Telman Miriyevə nəinki şəhid, ona Milli Qəhraman adı verilməlidir. Amma təəssüflər olsun ki, 18 il xidmətindən sonra Vətən yolunda faciəli şəkildə dünyasın dəyişən oğlum Telmana heç şəhidlik statusuda verilməyib. Nəyə görə bunu etmirlər? Mən dəfələrlə müvaffiq qurumlara müraciət etsəm də bu hələdə öz həllini tapmayıb”.

Həmin müraciətin tam mətnini video vasitəsi ilə sizlərə təqdim edirik.

Gununsesi.info