60 ton maye qaz daşıyan maşın partladı: Çoxlu sayda ölən var – VİDEO

  • By admin
  • 24 Yanvar 2024 12:01

Monqolustanın paytaxtı Ulan-Batorda ticarət mərkəzinin yaxınlığında 60 ton maye qazla yüklənmiş tanker partlayıb.

Gununsesi.info xəbər verir ki, partlayış yerinə yaxın binaların alovlandığı, çoxlu sayda insanın yaralandığı bildirilib.

Monqolustan Fövqəladə Hallar Nazirliyinin açıqlamalarına görə, hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir.

Nazirlik ticarət mərkəzinin yaxınlığında baş verən yanğında üç yanğınsöndürən də daxil olmaqla azı 6 nəfərin öldüyünü, 11 nəfərin yaralandığını bildirib.

Yanğının söndürülməsinə 600-dən çox yanğınsöndürən (100 maşın) cəlb olunub və uzun səylərdən sonra yanğın söndürülüb.

Yerli onlayn xəbər mənbələrinin məlumatına görə, yanğın tez bir zamanda yaşayış binası da daxil olmaqla yaxınlıqdakı bir neçə binanı bürüyüb. Hadisə yerində çoxlu avtomobil də yanıb. Yerli mətbuatdakı xəbərlərdə 24 nəfərin həlak olduğu bildirilib.

Gununsesi.info