600-dən çox ”CHERRY” avtomobili -TEXNİKİ NASAZ ÇIXDI

  • By admin
  • 19 Fevral 2018 12:54

İran,  Azərbaycanda da satışı həyata keçirilən, məşhur çin markası- “CHERY” avtomobillərinin idxalına qadağa qoya bilər. Artıq iki aydan çoxdur ki, texniki problemlər səbəbindən 600-dən çox “CHERY” avtomobilləri İran gömrüyündə saxlanılır.

Gununsesi.info xəbər verir ki, tasnimnews Agentliyi ilk dəfə olaraq gömrükdə 2 aydı ilişib qalan 600-dən “CHERY” avtomobillərinin saxlanılması haqqında maraqlı hesabat hazırlayıb. Hesabatda bildirilir ki, 600 -ə yaxın Çin istehsalı olan “Chery” avtomobili Şəhid Rəcayi adına gömrük məntəqəsində standart və ekoloji lisenziyaları olmadığına görə saxlanılıb.

İlkin məlumata görə, bu avtomobillərin yanacaq sistesmindəki texniki nasazlıq gömrükdən çıxması üçün lazımi lisenziyaların verilməməsi və çıxışın əngəllənməsinə səbəb olub.

Qeyd olunan avtomobillər hazırda İran Əmlak İdarəetmə Təşkilatının ixtiyarındadır və anbar xərclərinin və gömrük xərclərinin həddən artıq çox olmasına görə, bu çin avtomobillərinin alıcısı da yoxdur. Bu avtomobillərin ümumi dəyəri isə 42 milyard rial olduğu bildirilir. Əmlak İdarəetmə Təşkilatının ixtiyarında olan və qeyri-standart olan bu 600 çin avtomobilindən 426 ədədi İran texniki və peşə təşkilatına verilib.

Agentlik bu qeyri-standart avtomobillərin fotolarını ilk dəfə yayımlayıb. Görüntülərdən də görünür ki, avtomobilləri toz bağlayıb.

Gununsesi.info