
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Gununsesi.info bildirir ki, Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.
“VAZ-21015” markalı, 90 NE 558 dövlət nömrə nişanlı maşın yolu keçən qəsəbə sakini, 61 yaşlı Vaqif Məmmədovu vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info