61 yaşlı qadın qətlə yetirildi

  • By Günel
  • 10 Yanvar 2025 08:57

Ağstafada qətl hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1964-cü il təvəllüdlü F. Musayeva yaşadığı evdə kəsici alətlə qətlə yetirilib.

Hadisə yerinə hüquq- mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info