
Türkiyəli aparıcı Mehmet Ali Erbil 6-cı dəfə evlənmək istədiyini bildirib.
Gununsesi.info “Posta”ya istinadən xəbər verir ki, 61 yaşlı aparıcı yalnızlıqdan sıxıldığını deyib:
“Yenidən evlənmək istəyirəm. Allah o günləri qismət etsin”.
Məlumat üçün bildirək ki, Mehmet Ali Erbil daha öncə 5 dəfə evlilik yaşayıb. Onun bu evliliklərdən 2 qızı və 1 oğlu var.
İlk evliliyi 1980-1982-ci illərdə Şahnaz Kamiloğlu ilə olub. Boşandıqları il Sezin adlı qızı dünyaya gəlib.
1985-ci ildə Şahnaz Kamiloğlu ilə yenidən evlənsə də, bir neçə ay sonra boşanıb.
Gununsesi.info