61 yaşlı xalq artistinin nəticəsi oldu:  "Qızım və nəvəm tez ərə getdi"

  • Müəllif: admin
  • 15 May 2017 20:39

763901a6d575664d7fcb564bccbc6c6a

 

61 yaşlı xalq artisti Ramiz Novruzun nəticəsi olub. Lent.az-ın məlumatına görə, bu barədə “Bizimləsən” verilişində əməkdar artist Dilarə Əliyeva deyib.

Aktyor xəbəri təsdiqləyib: “O vaxtı baba olanda mənə dedilər ki, özünü baba kimi necə hiss edirsən? Mən də dedim, mən özümü hələ düz-əməlli ata saymıram. Şəfəq qızımın qızı Ayanın oğlu olub. Bütün cavanlara qismət olsun. Məni 23 yaşında məcburən evləndirdilər. Mən də qızım da, elə nəvəm də tez ailə qurub”.

Qeyd edək ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru R.Novruz 1955-ci ildə anadan olub.

 

Gununsesi.info