610 uşaq ruhanilər tərəfindən cinsi istismara məruz qaldı

  • By admin
  • 14 İyun 2022 10:33

Almaniyada Münster Universitetində 5 mütəxəssisin apardığı araşdırma nəticəsində son 75 ildə Münster yeparxiyasında 610 uşağın ruhanilər tərəfindən cinsi istismara məruz qaldığı ortaya çıxıb.

Gununsesi.info bunu xarici KİV-lərə istinadən xəbər verir.

Eyni hesabatda bu rəqəmin 10 dəfə çox olduğu və real rəqəmin 6 min civarında ola biləcəyi də qeyd olunub.

Araşdırma qrupuna rəhbərlik edən tarixçi Natali Povroznik 1945-2020-ci illər arasındakı real rəqəmin çox daha yüksək ola biləcəyini ifadə edərək bildirib ki, bu dövrdə 6 min civarında uşaq katolik ruhanilərin zorakılığına məruz qalıb.

Hesabatda 183-ü keşiş olmaqla 196 katolik ruhanisinin 5700 dəfə zorakılıq etdiyi qeyd edilib.

Həmçinin vurğulanıb ki, din xadimlərinin 5 faizi 10-dan çox qurbanı olan cinayətkarlar sırasındadır və onlardan yalnız 10 faizindən azı hər hansı hüquqi nəticə ilə üzləşib.

Qeyd edək ki, hesabatda cinsi istismara məruz qalan uşaqların sonrakı həyatlarında ciddi psixoloji problemlər yaşadığı, ən azı 27 intihara cəhd faktının qeydə alındığı bildirilib.

Gununsesi.info