“615 FETÖ-cü Almaniyadan sığınacaq istəyib”  - NAZİR

  • By admin
  • 11 Sentyabr 2017 17:50

09

“Türkiyədə 15 iyul hadisəsindən sonra diplomatik və xidməti pasporta sahib 615 FETÖ-cü Almaniyada sığınacaq almaq üçün müraciət edib”.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Almaniyanın daxili işlər naziri Tomas de Mezer “Rhein-Zeitunq” qəzetinə verdiyi müsahibədə belə deyib.

Belə ki, Tomas de Meze bildirib ki, avqustun sonunadək diplomatik pasport sahib 250, xidmət pasporta sahib 365 nəfər isə Almaniyanın Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəsinə sığınacaq almaq üçün müraciət edib: “Bu siyahıya diplomatik və xidməti pasporta olan şəxslərin ailələri də daxildir”.

Bunun önəmli bir məsələ olduğunu deyən Tomas de Meze, sığınacaq almaq üçün müraciət edələrin sayının o qədər də çox olmadığını vurğulayıb.

Tomas de Meze qeyd edib ki, Almaniyanın Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəsinə sığınacaq almaq üçün müraciət edənlərin şəxsiyyəti ilə bağlı araşdırma başa çatdıqdan sonra, hüquq normaları və mövcud qanunlar çərçivəsində onlara vətəndaşlığın verilib-verilməyəcəyi barədə qərar veriləcək.

Anar
Gununsesi.info