Bakının mərkəzindəki yeraltı eskalatorlar niyə işləmir? – Vətəndaşlar narazılıq edir /FOTOLAR

  • By admin
  • 07 Dekabr 2022 16:00

“Sahil” metrosundan Bulvara gedən istiqamətdə yeraltı keçidlərdə quraşdırılmış eskalatorların fəaliyyəti dayandırılıb.

 

Bu barədə Gununsesi.info-nu məlumatlandıran şəhər sakinlərini sözlərinə görə, 2 aya yaxındır ki, bu eskalatorlar işləmir.
Onların işləməməsi bu ərazilərdə şəhər gəzintisi edən yaşlı, xəstə və əlil insanların bulvara gedişinə ciddi maneə yaradır. Bu durum şəhərə gələn qonaqların da diqqətini cəlb edir.
Məsələ ilə bağlı, Gununsesi.info-nun əməkdaşı Bakı Nəqliyyat Agentliyi (BNA) ilə əlaqə yaradıb.

Qurumdan bildiriblər ki, eskalatorlar xarab olub. Cihazların sıradan çıxan hissələri xaricdən sifariş edilib.

Hazırda həmin detallar sifariş verilən ölkədən gəlmədiyinə görə, eskalatorların düzəldilməsi mümkün olmur.

 

Arzu Sayadoğlu

Gununsesi.info