İngiltərə hökumətindən bir ilk: Son 30 ildə ilk dəfə bu layihənin başladılmasına icazə verildi

  • By admin
  • 09 Dekabr 2022 15:22

İngiltərə hökuməti kömür mədənləri layihələrinə lisenziya verib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, dövlət rəsmiləri açıqlamada İngiltərənin İnkişafvə Sosial Mənzillər Naziri Maykl Qovun cənub-qərbdəki Kumbria bölgəsindəki bir kömür mədəni layihəsinə izacə verdiyini bildiriblər.

Açıqlamada “Bu kömür əgər ölkədə emal olunmazsa, xaricdən idxal edilməli olacaq olan poladın istehsalında işlədiləcək. Elektrik emalı üçün işlədilməyəcək”, cümlələrinə yer verilib.

İngiltərə mətbuatında mədəndən 165 milyon strelinqlik yatırım ilə ildə 3 milyon tona yaxın kömür çıxarılmasının gözlənildiyi yazılır.
Hökumət təmsilçiləri kömür mədəninə lisenziya icazəsinin verilməsinin 30 ildə ilk dəfə gerçəkləşdiyini açıqlayıblar.
İngilis höukməti 2050-ci il etibarı ilə ölkədə sıfır karbon emissiyasını hədəflədiyini bildirmişdi.
Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info