
Gəncədə intihar hadisəsi qeydə alınıb.
Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə, Gəncə sakini 1955-ci il təvəllüdlü Abdullayeva Validə Tofiq qızı Heydər Əliyev prospektində yerləşən binalardan birindəki mənzilində özünü asıb.
İntiharın səbəbi hələlik məlum deyil. Gəncə Şəhər Prokurorluğunda faktla bağlı araşdırma aparılır.
Eyni zamanda, Şəmkirdə bıçaqlanma olub.
Rayonun Seyfəli kənd sakini 1999-cu il təvəllüdlü Mehdizadə Elmir Qasım oğlu döş qəfəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Şəmkir rayon Mərkəzi xəstəxanaya yerləşdirilib. O dərhal əməliyyat olunub. Vəziyyətini orta ağır olduğu bildirilir.
Məlumata görə, E. Mehdizadə qonşusu olan həmyaşıdı tərəfindən mübahisə zəminində bıçaqlanıb.
Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.
Gununsesi.info