Ukraynada helikopter qəzası: Nazir və digər 16 nəfər öldü

  • By admin
  • 18 Yanvar 2023 12:43

Ukraynada helikopter qəzası olub.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, hadisə zamanı bu ölkənin daxili işlər naziri Denis Anatoliyeviç Monastrski həlak olub.

Olay Kiyev yaxınlarında yaşanıb. Nazir Monastrskidən başqa daha 16 nəfər qəza zamanı ölüb. Hazırda qəzanın səbəbi bilinmir. Məlumata görə helikopter nazirlik yetkililərini daşıyırmış.

Helikopterin yaşayış binasının üzərinə düşməsi ölümlərin sayını daha da artırıb.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info