
Türkiyənin Antalya şəhərində dəhşətli hadisə baş verib.
Gununsesi.info publika.az-a istinadən xəbər verir ki, Antalyanın Manavat bölgəsində yaşayan 17 yaşlı Ş.Ö. axşam saatlarında dükana çörək almağa gedib. Ətrafda heç kimin olmadığını görən satıcısı 63 yaşlı kişi qızı mağazaya salaraq ona təcavüz edib.
Bir müddət başına gələnləri heç kimə danışa bilməyən qız hamilə olduğunu öyrəndikdən sonra olanları polisə danışıb.
Sözügedən şəxs saxlanılıb və ifadəsində hadisəni törətdiyi zaman sərxoş olduğunu bildirib.
DNT testi ilə uşağın atasının 63 yaşlı satıcı olduğu dəqiqləşdirildikdən sonra o, 6 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.
Gununsesi.info