634 müəssisə rəhbərinin ölkədən çıxışı qadağan olundu

  • Müəllif: admin
  • 25 Oktyabr 2016 12:04

vergiler n

Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış hüquqi şəxslərin icra orqanları rəhbərlərinin adını açıqlayıb.

Nazirlikdən Gununsesi.info-ya verilən məlumata görə, 24 oktyabr tarixinə vergi borcu olduğuna görə 634 müəssisə rəhbərinin ölkədən çıxması qadağan edilib. Bu şəxslər arasında 9 nəfər xarici vətəndaş da var.

Nazirlik vergi ödəyicilərinin borcunu açıqlamayıb.

Gununsesi.info