Avropa Birliyi elektrik avtomobillərlə bağlı tarixi qanun qəbul etdi

  • By admin
  • 18 Fevral 2023 11:34

Avropa Birliyinin millət vəkilləri 2035-ci ilədək avtomobillərin yanacaq növü istifadəsi ilə bağlı yeni bir qanunu təsdiq edib.

Gununsesi.info “Reuters”ə istinadən xəbər verir ki, bu qanunla elektrik avtomobillərə keçidi sürətləndirmək üçün iqlim dəyişikliyi ilə mübarizəni gücləndirmək üçün yeni dizel və benzinli avtomobillərin satışını məhdudlaşdıran qanun imzalanıb.

Təsdiqlənmiş rəsmi qanun 2035-ci ildən qüvvəyə minəcək.

Bunula da, 27 üzv ölkədə CO2 yayan avtomobillərin 100 % azaldılması gərəkli olacaq.

Yeni qanunla 2030-cu ildən 2021-ci illə müqayisədə 55%-lik bir azalmanı bəlli edəcək və hazırkı 37.5%-lik hədəfin üstündə olacaq.

Parlamentin Baş müzakirəçisi Jan Hitema “Elektrikli avtomobillərin işlətmə maliyyəsi, içindən yanmalı olan motorun(dizellə və ya benzinlə çalışan) bir avtomobili işlətmə maliyyəsindən daha azdır”, – deyə çıxış edib.

Avtomobil CO2 qanunu qurumun on ildə sera qazı yayılmasını azaltma hədəflərini gerçəkləşdirmək üçün hazırlanmış daha sərt AB iqlim politikaları paketinin bir parçasıdır.

 

Tərcümə: Arzu S.

Gununsesi.info