65 yaşlı məşhur aktrisa az qala öləcəyini açıqladı

“Əsas instinkt” və “Kazino” kimi filmləri ilə tanınan məşhur aktrisa Şeron Stoun həkimlərin ağrı səviyyələrinə əhəmiyyət vermədiyi üçün az qala öləcəyini açıqlayıb.

Gununsesi.info xəbər verir ki, aktrisa həkimlər beyin qanaması diaqnozunu “gözdən qaçırdıqlarını” bildirib. Stoun tibb işçilərinin “saxtakarlıq etdiyini” düşünür.

“Vogue”a danışan Stoun deyib ki, 2001-ci ildə doqquz günlük beyin qanamasına səbəb olan insult keçirib və sağ qalma riski 1 faizə bərabər olub. Bu, onun Hollivuddakı karyerasına fasilə verməsinə səbəb olub.

Məşhur aktrisa müsahibəsində başında “ildırım kimi” ağrı hiss edərək xəstəxanaya aparıldığını da bildirib.

“Xərəkdə oyandığımı və xərəyi sürən oğlandan hara getdiyimi soruşduğumu və “beyin əməliyyatına” dediyini xatırlayıram”, – deyə aktrisia bildirib. “Həkim mənim xəbərim və ya razılığım olmadan üzərimdə eksperiment beyin əməliyyatı etməsi lazım olduğuna qərar verdi və məni əməliyyat otağına göndərdi”, – deyə aktrisa əlavə edib.

Ulduz aktrisa yaşadığı eskperiment ilə bağlı bunu deyib: “Bu təcrübədən öyrəndiyim odur ki, tibb mühitində qadın səsi eşidilmir, xüsusən də qadın həkiminiz olmadığı zaman”.

Gununsesi.info