66 çoxmərtəbəli binaya təbii qaz verilib - “AZƏRİQAZ”

  • By admin
  • 05 Fevral 2018 13:08

“Azəriqaz” İstehsalat Birliyi yanvar ayında 66 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib.

Qurumdan Gununsesi.info-ya verilən məlumata görə, həmin binalarda ümumilikdə 4092 ailə yaşayır.

“Azəriqaz” İB bildirir ki, qurum təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır.

Gununsesi.info