67 nəfər prezident seçkilərində iştirak etmək üçün MSK-YA MÜRACİƏT EDİB

  • By admin
  • 08 Yanvar 2018 13:00

67 nəfər Rusiyada keçiriləcək prezident seçkilərində iştirak etmək üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib.

Gununsesi.info rosbalt-a istinadən xəbər verir ki, bu barədə Rusiya MSK sədri Ella Pamfilova məlumat verib.

Onun sözlərinə görə, prezidentlik uğrunda mübarizə aparmaq istəyən 67 nəfərdən 21 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 46 nəfər isə şəxsi təşəbbüsü ilə namizədliyini irəli sürüb: “2012-ci ildən sonra Rusiyanın seçki qanunvericiliyi yetərincə liberallaşdırılıb. Bu gün Rusiyada 70-ə yaxın siyasi partiya var. Bundan əlavə, namizədlərin qeydiyyat məsələsi kifayət qədər sadələşdirilib”.

MSK sədri E.Pamfilova əlavə edib ki, prezidentliyə namizədlərin sayının artacağı gözlənilir.

Qeyd edək ki, Rusiyada prezident seçkiləri martın 18-də keçiriləcək.

Gununsesi.info