Məşhur müğənni Stiv Uander üçüncü dəfə ailə qurub.
Gununsesi.info axşam.az-a istinadən bildirir ki, 67 yaşlı sənətçi model Tomika Robin Breysi ilə evlənib. Onların münasibəti 7 ildir davam etsə də, S.Uanderin Karen Millardla evli olması rəsmi nikaha mane olurdu.
Mediadan gizli keçirilən toyun möhtəşəmliyi ilə seçildiyi deyilir.