68 yaşlı kişi özündən 49 yaş kiçik qızla evləndi

  • By admin
  • 16 Yanvar 2018 16:56

4 arvadı və 30-a yaxın övladı olan 68 yaşlı kişi 19 yaşlı qızla evlənib.

Gununsesi.info xəbər verir ki, hadisə Türkiyənin Batman əyalətində baş verib.

“Milliyet”in yazdığına görə, Batman kəndlərinin birində 68 yaşlı M.S.Ö adlı muxtar 19 yaşında A.B ilə ailə həyatı qurub. O, beşinci xanımı üçün Batman mərkəzində lüks şadlıq sarayını tutub.

M.S.Ö-nin 5-ci dəfə, həm də özündən 49 yaş kiçik bir qızla evlənməsinə etiraz olaraq toya ailə üzvləri, övladları və yaxınları qatılmayıb. Toyda cəmi bir neçə nəfər iştirak edib. Toyda gəlin, bəy və bir neçə nəfər halay çəkərək rəqs ediblər.

İHA-ya açıqlama verən 68 yaşlı muxtar evlənmədiklərini sadəcə bunun bir oyun olduğunu və öz aralarında rəqs etdiklərini bildirib.

Gununsesi.info