68 yaşlı kişi qoz ağacından yıxılıb öldü

Azərbaycanda 68 yaşlı kişinin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə Şəkinin Qudula kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1956-cı il təvəllüdlü Cumayev Nəşad Nizaməddin oğlu qoz ağacından yıxılıb.

O, hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

 

 

Gununsesi.info