68 yaşlı qadın qəzada yaralandı

  • By admin
  • 23 Sentyabr 2017 23:22

qeza_0235

Salyanda baş verən qəzada 68 yaşlı qadın ağır xəsarət alıb.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, Neftçala rayonunun Aşağı Surra kənd sakini, 1943-cü il təvəllüdlü Əhmədov Həmid Yusif oğlunun idarə etdiyi “VAZ 2106” markalı avtomobil  “Mercedes” markalı avtomobillə toqquşub.  Nəticədə  “VAZ 2106” markalı avtomobildə olan sərnişin, 1949-cu il təvəllüdlü Eyvazova Cəmilə Hüseyn qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə reanimasiya şöbəsinə yerləşdirilib. VAZ 2106  markalı avtomobilin sürücüsü və digər 2 sərnişin yüngül xəsarətlər alıb.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində araşdırma aparılır.

Gununsesi.info