684 müəssisə rəhbərinin ölkədən çıxması qadağan edildi

  • By admin
  • 08 Noyabr 2016 11:13

vergiler-nazirliyi

Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış hüquqi şəxslərin icra orqanları rəhbərlərinin adını açıqlayıb.

Nazirlikdən Gununsesi.info-ya verilən məlumata görə, 7 noyabr tarixinə vergi borcu olduğuna görə 684 müəssisə rəhbərinin ölkədən çıxması qadağan edilib.

Ölkədən çıxışına qadağa qoyulan şəxslər arasında 9 nəfər xarici vətəndaş da var.

Nazirlik vergi ödəyicilərinin borcunu açıqlamayıb.

Gununsesi.info