
Parisdə keçirilən Azad İran Dünya Zirvəsində dünyanın bir sıra dövlət adamları, tanınmış siyasətçilər iştirak edib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, keçmiş ABŞ Milli Təhlükəsizilik Məsləhətçisi general Ceyms Cons öz çıxışında İran Milli Dirəniş Şurasının (İMDŞ) zalım iqtidara təhdid olduğunu söyləyib.
Sözlərinə salonda əyləşən qonaqlara təşəkkürlə başlayan Amerika Prezidenti Obamanın Milli Təhlükəsizlik Məsləhətçisi və Avropa 14-cü Yüksək Müttəfiq Komandiri Cons İranın dəyişməsinin bölgədə sabitlik qalası olaraq xidmət edəcəyinə və dünyanın 4 tərəfində ümid dalğaları göndərəcəyinə inandığını bildirib. İran Milli Dirəniş Şurasının (İMDŞ) sədri Məryəm Rəcavi ilə birlikdə eyni istək üçün birləşən dostlarla birlikdə olmaqdan qürur duyduğunu söyləyən general Ceyms Cons zirvənin kritik zamanda gerçəkləşdiyinə vurğu edib. ABŞ-ın keçmiş rəsmisi nitqində hazırda demokratiyaların avtokratiya və basqı rejimlərinə qalib gələcəyi bir anda yaşadığımızı deyib. Cons sözlərinə bu cür davam edib:
“Bəylər və xanımlar, bu mübarizəni qazanacağıq və despotic rejimləri tarixin tullantısına atacağıq. Bu üzdən, böyük xalqın üzərinə çökən bölgəvi sabitliyi təhlükəyə atan və ölkələrarası barışığı və ortaq rifahı təhdid edən dini qəddalığın kabusu altında azadlığımıza qarşı çətin bir meydan oxuma qarşısında birgə görüşürük. Bu, diqqətimizi, qərarlılığımızı, cəsarətimizi və azadlıq-demokratiya prinsilərinə sarsılmas bağlılığımızı gərəkli edən bir andır”.
Rejimin basqı metodu ilə İran xalqının əzdiyini və haqlarını qəsb etdiyini söyləyən general Ceyms susdurulanların səsinə, milyonlarla ümidin darmadağın edilməsinə seyrci qala bilməcəyəklərini deyir. Cons İran iqtidarını nüvə əməllərində,savaşçılıq, qalıcı barışığı baltalayan bir təhdid davranışında ittiham edir. İqtidarın acımasız basqılarla dirəniş alovunu söndürməkdə bacarıqsız olduğunu dilə gətirən Cons əzici çətinliklərə baxmayaraq, həyatlarını və təhlükəsizliklərini riskə ataraq etirazçıların daha azad bir xalq üçün alovlarını parlaq şəkildə yandırmağa davam etdiklərini söyləyir. Küçədəki sloqanlara deyinən Cons öz nitqində “Zalıma xeyr, xalqın sərbəstliyini rədd edən hər cürə hökumətə yox” şüarları ilə diktaturaya qarşı qərarlı mübarizəsini önə çıxarır. Cons İrandakı iqtidarın İçəridəki basqı və qorxu yolu ilə demokratik müxalifəti şeytanlaşdırmağa çalışdığını deyir. İran idarəçilərini canı adlandıran Amerikan general mübariz adamları bu dirənişdən imtina etməməyə səsləyib. İran xalqı ilə dirənişlərində çiyin-çiyinə durduqlarını bildirən C. Cons İran millətinin azad xalqlar ailəsinə qatılacağından danışıb. “Demokratik və azad İran gördüyüm müddətcə burada olacam”, – deyə Cons çıxışını təşəkkürlə bitirib.
Tərcümə: Arzu