
Türkiyənin tanınmış seysmoloqu Naci Görür növbəti dəfə zəlzələ proqnozu ilə çıxış edib.
Gununsesi.info Axar.az-a istinadla xəbər verir ki, o, yaxın zamanda Bingöl və Karlıova əyalətləri arasındakı ərazidə 7 baldan yuxarı zəlzələnin olacağını bildirib.
N.Görür əlavə edib ki, sonuncu dəfə bölgədə 1866-cı ildə 7,2 bal gücündə zəlzələ baş verib.
Qeyd edək ki, ötən gün Bingöldə 4 ballıq zəlzələ qeydə alınıb.
Gununsesi.info