Prezidentliyə namizəd Zahid Oruc məntəqədə görünən aktivliyin ölkədəki mənzərə olduğunu bəyan edib.
Gununsesi.info xəbər verir ki, jurnalistlərə açıqlamasında Z.Oruc qeyd edib ki, 20% yükdən azad olmaq təkcə coğrafi bütövlüyü yox, həm də vətəndaş bütövlüyü yaradıb.
O bildirib ki 7 fevraldan sonra yeni bir gündəlik formalaşır:
“30 il ərzində bizə iradəmizdən kənar amilli gündəlik diqtə olunmuşdu. Seçkilərdən sonra mən hesab edirəm ki, Azərbaycana olan beynəlxalq təzyiqlər azalacaq və ya dayanacaq. Hansısa standartı Avropa ilə müqayisədə edəndə görməyən qüvvələr belə millətin məntəqələrdəki bugünkü iradəsini görüb qiymətləndirləcəklər. Görəcəklər ki, bu xalqın iradəsidir. Millətin mövqeyi olan yerdə kimin qalib gəlməsindən asılı olmayaraq hamı qalib olacaq”.
Gununsesi.info